Milli Məclis “Ombudsman haqqında” qanuna dəyişiklik edəcək-Sabahkı iclasın gündəliyi açıqlandı

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat Xidməti Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, gündəliyə 18 məsələ daxil edilib. Təvəkküloğlu deyib ki, plenar iclasda “Azərbaycan Respublika İnsan Hüquqları üzrə müvəkkili – Ombudsman haqqında”, “Normativ Hüquqi Aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarına dəyişiklik edilməsi haqqında (II oxunuş), “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi haqqında, “Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri haqqında” qanun layihəsi və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə məsələlər müzakirəyə çıxarılacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həbsxanalarda məhkumlar arasında koronavirusa yoluxan yoxdur –

Sonrakı məqalə

Arvadını intihara sürükləmiş ər həbs olundu –