Milli Məclisin iki komitəsində koronavirusla mübarizə müzakirə olunur –Səhiyyə sisteminin rəhbərləri iştirak edir

Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin qapalı iclası başlayıb.

İclasın gündəliyinə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunur.

İclasda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus təhlükəsi ilə bağlı ölkədə vəziyyət barədə məlumat verib.

İclasın gündəliyinə İnzibati və Cinayət Məcəlləsinə dəyişiklik, Səhiyyə komitəsinin 2020-ci il üçün nəzərdə tutulmuş iş planın layihəsi müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neftin qiyməti 29 dollara düşdü-

Sonrakı məqalə

Prezident İlham Əliyev Sahil Babayevi qəbul edib: