Minskdə KTMT-nin sammiti başlayıb- Putin də iştirak edir

Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti keçirilir.

Azpost.info xəbər verir ki, sammit İstiqlal Sarayının foyesində şəkil çəkdirmə mərasimi ilə başlayıb və məhdud və geniş tərkibdə görüşlərlə davam edəcək.

KTMT Şurasının iclasına təşkilata üzv olan 6 ölkədən beşinin liderləri toplaşıb: Vladimir Putin, Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Sadır Japarov, Emomali Rahmon.

Lukaşenko qonaqların hər birini foyedə salamlayıb. Sonuncu gələn Putin olub.

Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılmayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.