MİRCƏFƏR BAĞIROVUN CANLI SƏSİ - "Müsavat bandasının siyahısına baxanda adamın tükü biz-biz durur” (KİNOXRONİKA)
İnternetdə 1929-54-cü illərdə Azərbaycan SSRİ rəhbərlik etmiş Mircəfər Bağırovun nadir kinoxronikası yayılıb.
Azpost.info bildirir ki, 1937-ci ilə aid olan kinoxronikada SSRİ-də “Stalin Konstitusiyası” adlandırılan ali qanunun 1 ilinin tamam olması bağlı Bakıda keçirilmiş mitinq əks olunub. 300 min Bakı sakininin iştirak etdiyi bu mitinqdə Mircəfər Bağırovun çıxışı canlı səslə verilib.
Rus dilində çıxış edən M. Bağırov sovet sistemini tərifləyir və düşmənlərə qarşı amansız olmağa çağırır. Öz çıxışında 37-ci il repressiyalarına toxunan Bağırov bu həbslərə haqq qazandırır və “bütün düşmənləri aşkar edəcəklərini” deyir.
“Yaddan çıxarmayaq ki, Bakıda və Azərbaycanda nə qədər düşməni ifşa etmişik. İfşa edilmiş düşmənlərin etiraflarını oxuyanda adamın tükləri biz-biz olur. İnana bilrmisən insan cildinin arxasında yırtcı gizlənə bilərmiş. Trotsçiçi, buxarinçi, milli-burjua Musavat bandası kimi bandanı təsəvvür etmək olmur. Vətənin bir qarışını heç kimə verməyəcəyik”-deyə M. Bağırovun çıxışı gurultulu alqışlarla sona çatır.
Azpost.info
https://www.youtube.com/watch?v=7WLU6B6es4k
Əlaqəli xəbərlər
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
-
Azərbaycan qazı yeni bazara çıxdı – Suriyaya ixrac 2,8 dəfə artıb / TƏHLİL
-
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
-
Maaşdan tutulan vergi artır - 1000, 1500 manat alanlar nə qədər itirəcək?
Növbəti xəbər yüklənir...