Mirzoyan İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasının vacib olduğunu bildirib

İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi ABŞ nümayəndə heyəti ilə görüşdə deyib.

O, Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında delimitasiya prosesinin davamlılığının və sülh sazişinin imzalanmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan başlıca amillərdən biri Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını təsbit edən müəyyən müddəaların mövcud olmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməli və ərazi iddiaları ilə bağlı müddəalar aradan qaldırılmalıdır.

Əvvəlki məqalə

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada Aşağı Gövhər Ağa məscidində olublar

Sonrakı məqalə

ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə salıb