Misir Prezidentinin Azərbaycana səfəri başa çatıb

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfəri yanvarın 28-də başa çatıb.

Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Əvvəlki məqalə

Şahzadə Diananın ölümündən az əvvəl geyindiyi paltar 604 min dollara satıldı

Sonrakı məqalə

Azərbaycan və Misir prezidentləri mətbuat üçün Bəyanat veriblər –