Misirin yeni inzibati paytaxtında “ağıllı şəhər” salınacaq
Misirin müasir inzibati paytaxtı – “Yeni Qahirə”də “ağıllı şəhər” salınacaq.
Azərtac “Cairoscene” portalına istinadla xəbər verir ki, bu layihə çərçivəsində innovativ texnologiyalar üzrə təlim mərkəzi yaradılacaq və fiziki qüsurları olan insanlar üçün rahat şərait yaradılacaq. Bu barədə jurnalistlərə Misirin Kommunikasiyalar və İnformasiya Texnologiyaları naziri Əmr Tələt məlumat verib.
Misirli nazir qeyd edib ki, ölkənin yeni inzibati paytaxtında Afrika və Yaxın Şərq regionunda ilk dəfə olaraq Texnoloji Məlumat Universiteti də açılacaq. Hazırda 220 hektar ərazidə inşası davam edən texnologiya habında insanların innovasiyaları öyrənəcəyi, fiziki qüsurlu şəxslərin texnoloji nailiyyətlərə inteqrasiyasını təmin edəcək təlim mərkəzi, akademiya fəaliyyət göstərəcək.
Bildirilib ki, bu iddialı layihənin birinci mərhələsi 2020-ci ilin sonunda başa çatacaq. Nazir əlavə edib ki, hazırda internetin sürətinə görə Misir Afrika ölkələri arasında 6-cı yeri tutur. Onun sözlərinə görə, ölkənin yeni inzibati paytaxtında daha mükəmməl texnologiyalar tətbiq ediləcək.
Əlaqəli xəbərlər
-
Ermənistan TRIPP sazişini təsdiqlədi - ABŞ 74% paya sahib olacaq
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
Növbəti xəbər yüklənir...