“Moldovadan fərqli olaraq, bizdə diaspora seçkilərin taleyini dəyişə bilmədi”- ZURABİŞVİLİ

“Moldova diasporundan fərqli olaraq, gürcü diasporu seçkilərdə həlledici rol oynaya bilmədi”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

“Moldova diasporun 300 min səsi ilə xilas oldu. Bizim milyonluq diasporumuzu səsverməyə buraxmadılar. Yalnız 34 min seçiciyə səs vermək imkanı verildi”, – prezident şikayətlənib.

Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. MSK-nın məlumatına görə, protokolların 99,86 faizinin hesablanmasından sonra hazırkı prezident Maya Sandu 55,41 faiz, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 44,59 faiz səslə ikinci turda qalib gəlib. Moldovada 1,67 milyondan çox səsin 326,5 mindən çoxu ölkədən kənarda toplanıb, burada vətəndaşların 82,77 faizi Sanduya səs verib.

Azpost.info

Əvvəlki məqalə

Futbol zamanı meydana ildırım düşdü, oyunçular yerə sərildilər –

Sonrakı məqalə

Azərbaycan COP29 iştirakçıları üçün pulsuz viza tətbiq edib