Moskva birjasında dollar 109 rublu, avro isə 120 rublu ötüb

Moskva birjasında valyuta hərracları zamanı ABŞ dollarının məzənnəsi əvvəlki sessiyanın sonuna nisbətdə 31,55% artaraq 109,18 rubl, avronun məzənnəsi isə 31,18% artaraq 122 rubl təşkil edib.

Moskva vaxtı ilə saat 12:14-də rubl kəskin zəifləmədən sonra bərpa olunmağa başlayıb. Belə ki, dolların məzənnəsi 100,4 rubla (+20,6%) kimi geriləyib. Avronun məzənnəsi 20,48% artaraq 112 rubl təşkil edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukraynadan təxliyə olunanları gətirən 2-ci təyyarə Bakıya enəcək

Sonrakı məqalə

Belarusda Rusiya-Ukrayna danışıqları başlayıb –