Moskva məscidlərində və xüsusi ayrılmış yerlərdə Qurban bayramı münasibətilə keçirilən namazda 200 minə yaxın müsəlman iştirak edib.
Bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsindən bildirilib.
Qeyd olunub ki, bu, 2023-cü ilin göstəricilərindən bir qədər azdır.
Moskva hökumətinin qiymətləndirməsinə görə, Moskva Cümə Məscidində 80 min, bütün Moskva üzə isə 200 min nəfər bayram namazında iştirak edib
Rusiya Müsəlmanları Ruhani İdarəsinin məlumatına görə, 2023-cü ildə Qurban bayramında 250 minə yaxın müsəlman paytaxt məscidlərini ziyarət edib, xüsusən də Moskva Cümə məscidində və ətraf ərazilərdə 105 min insan namaz qılıb.