“Moskva və Kiyevə hər cür dəstəyi verməyə hazırıq”- Türkiyə XİN

“Türkiyə Ukraynadakı münaqişənin tezliklə sona çatması üçün Moskva və Kiyevə hər cür dəstəyi verməyə hazır olduğunu bir daha təsdiqləyir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin müavini Sergey Verşinlə onun türkiyəli həmkarı Sedat Önal arasında İstanbulda keçirilən məsləhətləşmələrin yekunlarına dair açıqlamasında bildirib.

“Tərəfimizdən Ukraynada müharibənin tezliklə dayandırılmasının zəruriliyi qeyd edilib və bu problemin ədalətli və davamlı həllinin tapılması üçün danışıqlara qayıtmağın vacibliyi vurğulanıb. Biz bu istiqamətdə tərəflərə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha təsdiq etdik”, – Türkiyə XİN bəyan edib.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.