Moskvada ictimai nəqliyyatda gediş haqqı artırılıb

Moskvada ictimai nəqliyyatda gediş haqqı tarifləri artırılıb.

Bu barədə paytaxtın Nəqliyyat Departamenti məlumat yayıb.

Xüsusilə, “Troyka” kartında yerüstü nəqliyyat, metro üzrə bir səfər 50 rubla qədər bahalaşıb və “Vahid” biletdə bir səfərin qiyməti 1 rubl bahalaşaraq 62 rubl təşkil edib.

Bundan əlavə, 2023-cü il yanvarın 1-dən avtomobillərin daşınması və saxlanması xərcləri 12% indeksləşdirilib. Avtomobil xüsusi dayanacaqdan qəbul edilməmişdən əvvəl evakuasiya pulunu ödəsəniz, köçürmə və saxlama üçün 25% endirim olacaq.

Əvvəlki məqalə

Gədəbəydə polis özünü niyə güllələyib?

Sonrakı məqalə

Ronaldonun “Əl-Nəssr”də debüt oyununun vaxtı bəlli olub