MSK bu partiyanın nümayəndəsinin səlahiyyətinə xitam verdi

- Qərar
01 Fevral 2020 - 14:32

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.

APA-nın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib.

A.Muxtarova deyib ki, Müasir Müsavat Partiyası MSK-ya müraciət edərək, Nağıyeva Nərgiz Əli qızının qeydiyyatının ləğv olunmasını istəyib.

İclasda Müasir Müsavat Partiyasənın səlahiyyətli nümayəndələrindən biri kimi qeydə alınmış Nərgiz Nağıyevanın səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.