2020-ci il Milli Məclisə keçiriələcək növbədənkənar parlament seçkisində 45-saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd tanınmış jurnalist Musayev Ceyhun Musa oğlu (Ceyhun Musaoğlu) barəsində Dairə Seçki Komissiyasının 31 dekabr 2019-cu ildə tarixli qərarı 5 yanvar 2020-ci il tarixində Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunub.
Bu barədə namizədin seçki qərargahı məlumat yayıb.
Məlumatda Ceyhun Musaoğlunun DSK tərəfindən namizədliyinin qeydə alınmasından imtina edilməsinə etiraz olaraq MSK-a müraciət ünvanladığı vurğulanır. Seçki sənədlərini DSK-y təqdim edərkən yoxlama zamanı yaşanan bəzi anlaşılmazıqlara yol açmış nüanslar qanunvericiliyin tələblərinə uyğun olaraq, gətirilən dəlillər əsasında MSK üzvləri tərəfindən yekdilliklə qəbul olunub.
Bununla da Musayev Ceyhun Musa oğlunun 45 saylı Abşeron seçki dairəsindən namizədliyi təsdiqlənib. Yayılan məlumatda namizədin fikirləri də yer alıb:
“Şəxsən özümün və seçicilərimin adından Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə, üzvlərinə ümumiyyətlə bütün əməkdaşlarına bir namizədə göstərdikləri diqqətə, qanuni münasibətə, demokratik yanaşmaya görə dərin minnətdarlığımı bildirir, bu hadisəni şəffaf, obyektiv seçki prosesinin təntənəsi adlandırıram. Biz bu yola çıxanda məqsədimiz cənab Prezidentin və hörmətli Birinci – vitse prezidentin rəhbərlik etdiyi dövlətdə yaşanan mübarək islahatlara dəstək vermək idi. MSK-nın sərgilədiyi münasibətdən sonra məqsədimiz daha da möhkəmlənib və əbədi xarakter alıb. Hər zaman olduğu kimi parlament seçkisi ərəfəsində bütün addımlarımızla dövlətin, dövlətçiliyin yanında olacağıq, Azərbaycanda keçirilən demokratik seçki prosesinin beynəlxalq aləmə çatdırılması istiqamətində bir jurnalist kimi peşəkarcasına, sevgimizlə xidmət göstərəcəyik”.