MSK sədri namizədlərə xəbərdarlıq etdi:"Öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır”

“Deputatlığa namizədliyi qeydə alınmış şəxslərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir: “Seçkiqabağı təşviqat kampaniyası zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır”.

M.Pənahov namizədləri ədalətli olmağa çağırıb: “Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir. Bu, qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir