Manaf Ağayevin qadınlar haqda dedikləri narazılıq yaratdı

- MTRŞ işə qarışdı
21 Fevral 2020 - 12:33

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalın rəhbəri ilə müzakirə aparıb.

“Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”, – deyə T. Dadaşov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.