Müharibə MDB-də Rusiyaya münasibəti pisləşdirib –Azərbaycanlılar nə düşünür? -"Gellap"ın RƏY SORĞUSU /CƏDVƏL

Ukraynaya silahlı müdaxilə bütün postsovet ölkələrində Rusiyanın mövqeyini və ona münasibətini kəskin şəkildə pisləşdirib.

Azpost.info bildirir ki, bu barədə nufuzlu “Gallup” sosioloji institutunun mayın 26-da keçirdiyi sorğunun nəticələrində deyilir.

Kremlin öz maraqları və xüsusi təsir zonası hesab etdiyi keçmiş SSRİ-nin əksər respublikalarında Rusiya rəhbərliyinin hərəkətlərini bəyənmə on faizdən çox azalıb.

Sorğunun nəticələrinə görə, Rusiyanın Azərbaycanda reytinqi 2,6 dəfə azalıb. Azərbaycanda Moskvanın hərəkətlərini indi respondentlərin yalnız 23 faizi bəyənib. Tarixən Kremlə rəğbət bəsləyən digər ölkələrdə – Ermənistan, Qazaxıstan, Moldovada ilk dəfə olaraq Rusiyanın hərəkətlərini bəyənməyənlərin nisbəti bəyənənlərin nisbətini üstələyib.

Qırğızıstan və Özbəkistanda Rusiyaya rəğbət bəsləyənlər hələ də çoxdur. Lakin hətta orada da Rusiya hakimiyyətinə dəstək nəzərəçarpacaq dərəcədə azalıb.

Ukraynaya qarşı müharibəyə görə Rusiya hakimiyyəti qonşu dövlətlərdəki rus diasporasının da rəğbətini itirir. “Gallup”un 15 illik sorğularında ilk dəfə olaraq etnik rusların əksəriyyəti Rusiyanın Estoniya və Latviyadakı hərəkətlərini bəyənmədiyini bildirib, Qazaxıstanda isə Rusiya Federasiyasına mənfi münasibət kəskin şəkildə artıb.

Eyni zamanda, Ukrayna və Baltikyanı ölkələrdə ABŞ rəhbərliyinin nüfuzu artıb.

Azpost.info

Əvvəlki məqalə

Paşinyan ABŞ-ın Qafqaz üzrə baş müşaviri Bononu qəbul edib

Sonrakı məqalə

“Elə bilirdim “sağ ol” deyəcəklər…” –