Mühribədən əziyyət çəkmiş qadınlara psixoloji yardım layihəsi həyata keçirilib

Regional Qadin Təşəbbüsləri” İctimai Birliyi Mühribədən əziyyət çəkmiş qadınlara sosial-psixoloji yardımların göstərilməsiadlı  layihəni həyata keçirib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 fevral 2022-ci il tarixindən 30  iyun 2022-ci il tarixinədək Bakı şəhərində və Bərdə rayonunda layihənin icrası başa çatdı. “Regional Qadin Təşəbbüsləri”  İctimai Birliyi tərəfindən müharibədən əziyyət  çəkən, psixoloji dəstəyə ehtiyacı olan qadınlarla  danışıqlar aparıb onlarla  psixoloji seanslar keçirdi. Layihənin icrası zamanı  qadınlarla keçirilən psixoloji seanslarda psixoloqlar onlara bu vəziyətdən nece çıxmalarına köməklik göstərdilər. Layihədə 35 nəfər  iştirak etdi.Bunlardan Bakı şəhərində  17 nəfər qadınla keçirilmişdir, Bərdə rayonunda isə 18 nəfər  iştirak etmişdir. Onlardan 16 –sı qadın, 2-si isə uşaq  idi.

Hər iştirakçının probleminə uyğun seans sayı seçilmişdir.

Bu müddət ərzində psixoloji mərkəzlərlə danışıqlar keçirildi, müharibədən əziyət çəkmiş qadınlarla əlaqə yaradıldı və mərkəzlərə dəvət olunaraq  seansların vaxtları müəyyənləşdirildi.Seanslar uğurlu şəkildə tamamlandı. Seanslar müxtəlif təcrübəli psixoloqlar  tərəfindən həyata  keçirildi. Bu zaman ərzində  Bakı Şəhərindəki və  Bərdə rayonundakı psixoloji dəstəyə ehtiyacı olan qadınların bir qismi layihədən yararlana bildilər.Bu layihə həmin qadınların həyatlarında  bir sıra dəyişikliyə qismən də olsa kömək oldu. Hər seansları bitirən iştirakçılara  kiçik də olsa tibbi sosial yardımlar təqdim edildi.

Layihənin  sonunda ümumilikdə böyük əksəriyyəti qadınlar olan 35 nəfər öz psixoloji problemlərindən az da olsa azad oldular. Bu da onların gələcək həyatında, ailə ,qohum – tanış arasında komplekslərindən azad olmağa  kömək göstərəcək.

Regional Qadin Təşəbbüsləri”  İctimai Birliyin Mühribədən əziyyət çəkmiş qadınlara sosial-psixoloji yardımların göstərilməsi adlı layihənin yəni psixoloji seansların  həyata keçirilməsi müharibədən böyük sarsıntı keçirən qadınlara bugün və gələcək həyatlarında kiçik də olsa kömək olacaq.

 

 

Əvvəlki məqalə

“Xəzərin səviyyəsi 30-40 sm artacaq”

Sonrakı məqalə

G7 liderləri Çini Rusiyaya təzyiq göstərməyə çağırıblar