“Mumiya” filminin qəhrəmanı çəkiliş zamanı ölümdən necə xilas olub? –-FOTOLAR

Məşhur “Mumiya” filmində baş qəhrəmanı oynamış aktyor  Brendan Freyzer çəkilişlər zamanı az qala həyatını itirmək təhlükəsi ilə üzləşib. 

Azpost.info bildirir ki, aktyor bu barədə müsahibəsində açıqlayıb.

Epizodların birində Freyzerin qəhrəmanı olan cəsur kapitan Okonnelini asmaq istəyirlər. Məhz bu epizodun çəkilişi az qala onun həyatını itirmək bahasına başa gələcəkdi.

Rejissor bir dubladan sonra bildirib ki, kadrlar inandırıcı alınmayıb: “Rejissor Sommers dedi ki, kadrlar alınmayıb. Daha bir dubl çəkməyi xahiş etdi. Mən razılşadım. Çəkiliş gedir, kamera ətrafımda dövr edir. Mən isə kəndirdən sallanmışam. Kəndiri saxlayan oğlan isə onu yuxarı qaldırmağa başladı. Mənim ayaqlarım durduğum yerdən üzülməyə başladı, huşumu itirdim. Gözümü açanda gördüm ki, yerdə uzanmışam. Çəkilişi dayandırdılar”.

Filmdə kitabxanaşı Reyçel rolunu oynamış Evelin Karnaxan bildirib ki, Freyzer süni nəfəs seansından sonra özünə gəldi. Onu xilas edən tryük koordinatoru deyib ki, “Cəsur ürək” filminin çəkilişi zamanı Mel Gibson da bu hala düşmüşdü”.

Özünə gələn Brendin səkiliş yerini tərk edib, səhər heç nə olmamış kimi çəkilişlər davam edib. Rejissor Stiven Sommers bu hadisə barədə danışarəkən bildirib ki, Freyzer özü kadrın inandırıcı alınması üçün cəhd edib: “Freyzer inandırıcı görünmək üçün ilgəyi necə lazımdır boğazına keçirdi. Biz çəkilişə başlayanda gördük ki, nəsə düz getmir. Fikrimcə, ilgək onun yuxu damarını sıxmışdı, bu isə Brendonda panika yaratdı. Bu vəziyyəti  özü yo həddə gətirdi”. 

Freyzer isə cavabında deyib ki, Sommers tamaşaçıya qəhrəmanın doğurdan da boğulmasını göstərmək istəyirdi. “Mexaniki cəhətdən əlbəttə, günahkar mənəm. Ona görə günahkaram ki, rejissorun göstərişinə qulaq asmışam”. 

Azpost.info

Əvvəlki məqalə

DSX sərhəd buraxılış məntəqələrində yaranmış ləngimələrə aydınlıq gətirib

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtərə səfər ediblər