“Prezidentliyim dövründə Ukrayna və ya Tayvanda münaqişələr başlasaydı, Moskva və Pekini bombalayardım”.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası çərçivəsində baş tutan tədbirdə deyib.
Bu barədə “The Washington Post” yazıb.
Nəşr qeyd edir ki, Tramp tez-tez belə tədbirlərdə xarici siyasət, o cümlədən inflyasiya və ABŞ-a miqrasiya problemləri ilə bağlı şərhlərlə çıxış edir, donorlardan külli miqdarda pul almağa çalışır.
Azpost.info