Murad Dadaşovun şirkətindən açıqlama:"Səsləndirilən fikirlər hələlik əsassızdır"

Ötən gün Xəzər TV-nin direktoru vəzifəsinə yeni təyinat olduğu barədə xəbərlər yayıldı. 

Məlumata görə, bu vəzifənin icrası tanınmış şoumen, Xalq artisti Murad Dadaşova tapşırılıb. Bldirək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.

Murad Dadaşovun rəhbəri olduğu “M Group Production”dan məsələ ilə bağlı Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, səsləndirilən fikirlər hələlik əsassızdır: “Bu barədə heç nə deyə bilmərik, biz də sizin kimi ancaq eşitmişik. Əgər belə bir şey olsaydı, biz hamımız kollektiv olaraq orada olardıq. Yəqin ki, bu, hələlik yazıdır”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AFFA-nın yeni Nizamnaməsi qəbul olundu

Sonrakı məqalə

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin olundu