Müsavat başqanı Arif Hacılı Brüsselə dəvət olunub

Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsselə dəvət olunub.
Partiyadan verilən məlumata görə, Müsavat başqanı oktyabrın 20-21-də Belçika paytaxtında Avropa sammiti ərəfəsində planlaşdırılan toplantıda iştirak edəcək. Tədbirdə Ukraynada davam edən müharibə, təhlükəsizlik və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Brüsseldə keçiriləcək bu toplantıda Avropa və postsovet məkanına aid olan 30-dan çox ölkənin 70-dən çox siyasi partiyasının liderləri, Avropa Parlamentinin, həmçinin Avropa ölkələri parlamentlərinin üzvləri və digər rəsmi şəxslər qatılacaq.
Əvvəlki məqalə

İlham Əliyev Vladimir Putinlə Astanada görüşəcək

Sonrakı məqalə

Uelsdə mağazanın altından orta əsrlərə aid 240 qəbir tapılıb –