Müsavat başqanı Milli Məclisin buraxılması haqqında:

“Seçki islahatı olmalıdır...”
28 Noyabr 2019 - 14:32

“Yeni parlament seçkilərindən əvvəl ciddi seçki islahatı həyata keçirilməlidir”.

Azpost.info bildirir ki, bu barədə Müsavat başqanı Arif Hacılı parlamentin buraxılması ilə bağlı YAP-ın müraciətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Müsavatın IX qurultayında irəli sürdükləri seçki islahatları ilə bağlı təkliflərin qəbul olunmasını istəyirlər: “Yalnız bundan sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edirik”.