Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. İclasda ictimai-siyasi vəziyyət müzakirə olunub və təşkilati məsələlərə baxılıb.
Azpost.info bildirir ki, partiya başqanı Arif Hacılı məruzə ilə çıxış edib. Məruzədə partiyanın qarşıdan gələn bələdiyyə seçkilərinə münasibəti, müxalifət təmsilçilərinin iştirakı ilə təklif olunan Dəyirmi Masa, Müsavatın mayın 10-na təyin etdiyi mitinq və digər məsələlərə toxunulub.
Çıxışçıların əksəriyyəti Azərbaycanda bələdiyyələrin səlahiyyətli olmadığını, cəmiyətin bələdiyyə seçkilərinə marağının olmadığını və seçkilərin saxtalaşdırıldığını qeyd edərək Müsavat Partiyasının seçkidə iştirak etməməsini təklif ediblər.
Daha sonra məsələ səsə qoyulub və Məclis dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Müsavat Partiyasının iştirak etməməsi barədə qərar qəbul edib.