Müsavat Partiyası deputatlığa namizədlərin adlarını açıqladı –Neçə dairədən namizəd irəli sürüləcək?

Müsavat Partiyası parlament seçkilərində iştirak üçün 78 seçki darəsi üzrə 81 namizədini irəli sürüb.

Azpost.info bildirir ki, bu barədə Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

A.Hacılı namizədlərin siyahını adbad elan edib. Partiya siyahısında sabiq başqan İsa Qəmbər, keçmiş deputatlar İkram İsrafil, Arzu Səmədbəyli, İsa Qəmbərin oğlu və digər partiya funksionerləri yer alıb.

15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın başqanı Arif Hacılının, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın sabiq başqanı İsa Qəmbərin, 8 Saylı Binəqədi birinci seçki dairəsindən sabiq millət vəkili Arzu Səmədbəylinin, 9 saylı Binəqədi ikinci seçki dairəsindən başqan müavini, vəkil Nemət Kərimlinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlının, 11 saylı Qaradağ seçki dairəsindən başqan müavini Səxavət Soltanlının namizədliyi irəli sürülüb.

Partiyanın  rayon və şəhərlər üzrə 39,41,42, 43, 44,45,46, 47, 48, 49, 50, 51, 52, 56, 57, 58, 60, 61, 62, 67, 68, 71, 77, 80, 81, 82, 85, 86, 87, 88, 89, 91, 93, 94, 96, 97, 102, 107, 108, 111, 112, 115, 117, 119, 124, 125 saylı seçki dairələrindən namizədləri olacaq.

Arif Hacılı deyib ki, Müsavatın namizəd irəli sürmədiyi dairələrdə olan namizədləri dəstəkləmə barədə qərar verə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çindən diplomatlarının ABŞ-dan deportasiyası ilə bağlı sərt

Sonrakı məqalə

İsraildə QAT-ın nümayəndəliyi yaradılıb