Müsavat seçkidə iştirakla bağlı qərar qəbul etdi

Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək.

Qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.

İndiyə qədər üç partiyanın – REAL, Ağ və Vətəndaş Həmrəyliyi partiyalarının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyata alınıb.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.