Milli Şura Lökbatanda mitinq keçirməkdən imtina edib.
Bu barədə Azpost.info-ya AXCP sədrinin müavini İlham Hüseyn məlumat verib. O, bildirib ki, Milli Şura yenidən toplaşıb müvafiq müzakirələr aparıb qərarını verəcək.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. BŞİH Respublika Stadionunun qarşısında mitinq keçirməsinə razılıq verilməyib. Bunun əvəzində Meriya Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə etiraz etmir.