Müxalifətin mitinqinə icazə verildi –Milli Şura Lökbatanda ayrılmış yerə gedəcək? (AÇIQLAMA)

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.

Azpost.info bildirir ki, bu barədə AXCP sədrinin müavini İlham Hüseyn məlumat verib.

BŞİH müxalifətin mitinq keçirməsi müraciətinə razılıq verib. Mitinq üçün yer olaraq Lökbatan qəsəbəsində, 28 may küçəsi, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazası ayrılıb. Şəhər icra hakimiyyəti cavab məktubunda bildiriblər ki, bu məkanda mitinq keçirilməsinə etiraz etmirlər.

Milli Şura cavabı müzakirə edəcəyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir