Məktəblərdə əlavə imtahanların sayı azaldıla bilər- NAZİR

Orta təhsil müəssisələrində şagirdlərin yorulmaması üçün əlavə imtahanların sayı azaldıla bilər.

Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, hazırda hansı imtahanların azaldılacağı ilə bağlı konkret bir məlumat yoxdur.

“Mən bunu təhsil eksperti olaraq deyirəm. Orta məktəblərdə olan imtahan sayını bir dəfə azaltmışıq, növbəti azaldılma da müzakirə olunur”- deyə o bildirib(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.