“Nə istəyirsiniz, Ukrayna su tapançaları ilə müdafiə olunsun?!”- Şarl MİŞEL

Avropa İttifaqının köməyi olmasa, Kiyevin vəziyyəti çətin olacaq.

Azpost.info xəbər verir ki, bunu Aİ Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinin Ukraynaya yardımın müzakirə edildiyi iclasında bildirib.

Avropa Parlamentinin bir sıra üzvləri Kiyevə silah tədarükünü dayandırmağı təklif etdikdə, Şarl Mişel bu şəkildə etiraz edib.

“Ukraynaya silah tədarükünün zəruriliyinə şübhə ilə yanaşan ifrat sol qüvvələrin nümayəndələrinin təkliflərini dinləyəndə məəttəl qaldım. Nə istəyirsiniz? Ukraynanın su tapançaları ilə, müzakirələrlə özünü müdafiə etməsini?” – Mişel deyib.

Azpost.info

Əvvəlki məqalə

Ruslar bir il ərzində 26 trilyon rubl kredit götürüblər

Sonrakı məqalə

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq