Nərgiz Cəlilovanın həkim qızı ABŞ -da yaşayan uyğurla ailə qurub –

FOTO
10 Oktyabr 2019 - 15:46

Tanınmış teleaparıcı, əməkdar artist Nərgiz Cəlilovanın qızı Nərmin çinli bəylə ailə qurub.

Baku.ws xəbər verir ki, o, bu barədə İradə İsakın “Birdən milyona” verilişində danışıb. N.Cəlilova qızının Tibb Universitetində 4 il təhsil aldıqdan sonra təhsilini Fransada davam etdirdiyini, hazırda isə Amerikada yaşadığını açıqlayıb.

İradə İsak Cəlilovaya qızının çinli biri ilə ailə qurmasını niyə ictimaiyyətdən gizlətdiyini soruşub: “Xeyr, gizlətmədim, sadəcə bəyan etmədim. Nərmin mediada, sosial şəbəkədə heç vaxt görünmək istəməyib. Ailə qurmasının da ictimailəşməsini istəmədi. Nərminin həyat yoldaşı uyğurdur, sadəcə Çində doğulan uyğurdur. Uyğur türküdür. Amma Amerika vətəndaşıdır”.