“Nəvənizin Moskvada problemi çıxıb, pul istəyir” –Dələduzların yeni kart fırıldağı

İyunun 18-də ayrı-ayrı vətəndaşların bank kartlarından 100, 490, 628, 2400, 1500, 536, 357, 90 manat şəxsi məlumatların naməlum şəxslərə verilməsi nəticəsində oğurlanıb.

Azpost.info bildirir ki, bu barədə DİN məlumat yayıb.

Dələduzluq yolu ilə daha bir neçə fakt üzrə – 29660, 6800, 4000, 1400, 1000, 811, 500, 320 manat talanaraq naməlum hesablara köçürülüb.

Əlavə və yüksək gəlirli, qazanclı faiz, investisiya adı altında 29660, alış-veriş saytında saxta elan vasitəsilə 6800 manat oğurlanıb.

Kiberdələduzlar daha bir  varianta əl atıblar. Onlar vətəndaşa Rusiyada olan nəvələrinin adı ilə aldadıblar. Belə ki, “nəvəniz Moskva şəhərində problemin içindədir. Onu xilas etmək üçün sizə zəng edilməsini və sizdən pul götürməyimizi istədi, təcili pul lazımdır”, -deyən bu dələduzlar bu yolla 4000 manat pulu talayıblar.

Bütün müdaxilələr – zənglər, danışıqlar, yazışmalar xaric nömrələr vasitəsilə aparılıb.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Rusiya Ermənistanın Fransadan silah almasına münasibət bildirib