Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib- TƏBİB-dən açıqlama

Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

“11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir”.

*****

Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Nabranda yerləşən “Məkan” istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə onlar qidadan zəhərlənib. Fakt araşdırılır.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Rusiyanın bu gözəl ölkəyə nələr etdiyini görmək çox ağırdır”