Çarəsiz xəstəliyə tutulan Selin Dion danışdı –"Bu suala cavab verə bilmərəm"/FOTO

Məşhur müğənni Selin Dion “Vogue France”-a nadir müsahibəsində düçar olduğu nadir xəstəlik -“Strict Person Syndrome” (SPS) ilə mübarizəsindən danışıb.

Azpost.info bildirir ki, 55 yaşlı müğənni böyük ölçülü ağ köynək və şortda jurnal üçün poza verib.

Selin bu xəstəliklə necə mübarizə apardığını bölüşüb: “Həftənin beş günü idman, fiziki və səs terapiyası keçirəm. İndi bu sindromla yaşamağı öyrənməliyəm və özümə suallar verməyi dayandırmalıyam. Əvvəlcə özümə sual verdim: Niyə mən? Bu necə oldu? Mən nə etmişəm? Bu mənim günahımdır? Həyat sizə heç bir cavab vermir. Sadəcə bunun öhdəsindən gəlməlisən!”

SPS sindromu əzələlərin nəzarətsiz şəkildə gərginləşdiyi və spazmı olan degenerativ bir vəziyyətdir. Xəstələr sonda “insan heykəllərinə” bənzəyirlər. Çünki bədən tədricən bloklanır, insanlar gəzə və danışa bilmirlər.

Hal-hazırda bu xəstəliyin müalicəsi yoxdur, lakin simptomları yavaşlatmaq üçün atılacaq addımlar var.

Selin Dion fevral ayında Qremmi Mükafatlarında səhnədə sonuncu sürpriz çıxışını edib. O, aylar ərzində ilk dəfə idi ki, ictimaiyyət qarşısında görünürdü. İndi Selin nə vaxtsa səhnəyə çıxıb-çıxmayacağını bilmir: “Mən bu suala cavab verə bilmərəm… Çünki dörd ildir öz-özümə deyirəm ki, qayıtmayacam, hazıram, hazır deyiləm… Bilmirəm. .. Bədənim mənə deyəcək.”

Əvvəlki məqalə

Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub?

Sonrakı məqalə

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar