Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri V turun matçına çıxıb.
Ağdam təmsilçisi Fransada “Nant”ın qonağı olub. Şahruddin Məhəmmədəliyevin kobud səhvindən hesabı açan “bülbüllər” üstünlüyünü fasiləyədək qoruyub.
“Köhlən atlar” ikinci yarıda bərabərlik qoluna imza atıb. Filip Ozobiç penaltidən dəqiq istifadə edib – 1:1. Amma meydan sahibləri uzatma dəqiqələrində qələbə qolunu vurmağa müvəffəq olub – 2:1. Bununla da ikinci yerin taleyi sonuncu tura qalıb.
G qrupunun digər oyunu Almaniyada baş tutub. Liderlə autsayderin duelində “Frayburq” “Olimpiakos”u qəbul edib. Bu qarşılaşmada da 1:1 hesabı qeydə alınıb.
Qeyd edək ki, sonuncu turun görüşləri noyabrın 3-də təşkil olunacaq. “Qarabağ” “Frayburq”u, “Olimpiakos” “Nant”ı qəbul edəcək.
Avropa Liqası
G qrupu, V tur
27 oktyabr
23:00. “Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qollar: Lüdovik Blas, 16, İqnatius Qanaqo, 90+5 – Filip Ozobiç, 56 (pen.)
Baş hakim: Yakob Kehlet (Danimarka)
“Nant”: 1. Alban Lyafon (k), 3. Andrey Cirotto,5. Pedro Çirivelya, 7. Evann Gessan,8. Samüel Mutussami, 10. Lüdovik Blas, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç 11. Markus Koko, 2. Fabio, 4. Nikolya Pallua, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 27. Moyzes Simon, 12. Dennis Appia, 19. Mohammed Açi, 22. Qor Morvelyan
Baş məşqçi: Antuan Kombuare
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 2. Qara Qarayev (k), 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev
Baş məşqçi: Qurban Qurbanov
“Beaujoire” stadionu
1 | Frayburq | 5 | 4 | 1 | 0 | 12-2 | 13 |
2 | Qarabağ | 5 | 2 | 1 | 2 | 8-4 | 7 |
3 | Nant | 5 | 2 | 0 | 3 | 4-11 | 6 |
4 | Olimpiakos | 5 | 0 | 2 | 3 | 2-9 | 2 |
**
Avropa Liqası
G qrupu, 5-ci tur
23:00. “Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qollar: Lüdovik Blas, 16 (1:0), Filip Ozobiç, 56-pen (1:1), Banaqo, 90+4 (2:1)
Baş hakim: Yakob Kehlet (Danimarka)
“Beaujoire” stadionu
**
Avropa Liqası
G qrupu, 5-ci tur
23:00. “Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan) – 1:1 (İkinci hissə)
Qollar: Lüdovik Blas, 16 (1:0), Filip Ozobiç, 56-pen (1:1)
Baş hakim: Yakob Kehlet (Danimarka)
“Beaujoire” stadionu
**
Bu gün Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək.
Qol.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb.
Ağdam klubu Fransada “Nant”la üz-üzə gəlir. Bakıda bu rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ”a qrupdan çıxmaq üçün heç-heçə də kifayət edir.
Təmsilçimiz qalib gəlməklə qrupu birinci pillədə başa vurmaq şansını da saxlaya bilər. Bunun üçün qrupun digər oyununda lider “Frayburq” “Olimpiakos”la görüşdə xal itirməlidir.
27 oktyabr
Avropa Liqası
G qrupu, 5-ci tur
23:00. “Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan) – 1:0 (Birinci hissə)
Qol: Lüdovik Blas, 16
Baş hakim: Yakob Kehlet (Danimarka)
“Beaujoire” stadionu