“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya daxil olan məlumatda bildirilir.
Eyni zamanda qeyd edilir ki, həmin görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək.