Səkkiz ay əvvəl məşhur kino aktrisası Natali Portman əri, rejissor Benjamin Millepieddən boşanmaq üçün məhkəməyə müraciət edib. İndi isə keçmiş həyat yoldaşları rəsmi olaraq boşanıblar.
Azpost.info bildirir ki, bu barədə “People” nəşri məlumat verir.
Aktrisa ötən ilin iyulunda boşanmaq üçün məhkəməyə müraciət edib və proses keçən ay Fransada yekunlaşıb. 42 yaşlı Portman və 46 yaşlı Millepiedin 12 yaşlı oğlu Aleph və 7 yaşlı qızı Amaliya ilə birlikdə Fransada yaşayır.
Portmanın nümayəndəsi “People” nəşrinə müsahibəsində xəbəri təsdiqləyib.
Boşanma Portman üçün asan olmayıb. “Əvvəlcə onun üçün çox çətin oldu, amma dostları onun ətrafına toplaşaraq bu mərhələni keçməsinə kömək etdilər”, – cütlüyün dostu deyib.