“NATO Avropa İttifaqını məhv edəcək” –Rusiya Dumasının sədri

“NATO Avropa İttifaqını məhv edəcək”.

Azpost.info bildirir ki, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Vaşinqton NATO-nun köməyi ilə Avropa İttifaqını məhv edir. Avropa dövlətləri suverenliklərini itirdikləri üçün həlli asan olmayan problemlərlə üzləşirlər”, -deyə o, Teleqram kanalında yazıb.

“Şimal axını” kəmərində terror aktı ilə bağlı aparılan araşdırmalardan danışan Volodin qeyd edib ki, Almaniya cinayətkarları tapmağa çalışsa da, İsveç artıq istintaqı dayandırıb. “Bu, təsadüfi deyil. İsveç NATO-ya qoşulma prosedurundan keçir”, – deyə siyasətçi əlavə edib.

Çərşənbə günü Stokholm kəmərlə bağlı təhqiqatın dayandırıldığını elan edib. İsveç tərəfi boru kəmərlərində baş verənlərdə krallıq vətəndaşlarının əli olduğunu aşkar etməyib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.