NATO ilə müdafiə islahatları sahəsində səylər davam edib-XİN

2022-ci ildə Azərbaycan-NATO tərəfdaşlığı öz strateji əhəmiyyətini saxlayıb, tərəflər arasında yüksək səviyyəli dialoq və praktiki əməkdaşlıq davam edib.

Bu barədə Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, 15 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı aparılıb.

19 iyul 2022-ci il tarixində NATO mənzil qərargahında xarici işlər naziri Ceyhun Bayramov Baş katib Yens Stoltenberqlə görüşüb.

“28-29 aprel 2022-ci il tarixində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ölkəmizə səfər edib. İl ərzində NATO ilə əməkdaşlıq şəraitində beynəlxalq sülh və təhlükəsizliyə töhfə sahəsində milli imkanların artırılması və müdafiə islahatları sahəsində səylər davam edib və bu mövzuda yeni tərəfdaşlıq məqsədləri razılaşdırılıb”, – qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.