NATO ölkələri Dağlıq Qarabağın müzakirəsi üçün toplaşır - “Rusiyanın hərbi iştirakı güclənib” (Baş katib)
NATO dövlətlərinin xarici işlər nazirləri dekabrın 1-2 də keçiriləcək Atlantik Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyəti müzakirəyə çıxaracaq.
Azpost.info bildirir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xarici işlər nazirləri Dağlıq Qarabağ və Belarusdakı hadisələr kontekstində Rusiyanın dünyada gücələnən hərbi mövqeyini dair müzakirələr aparacaqlar:
“Nazirlər Rusiyanın hərbi fəallığının genişlənməsi qarşısında nə etməli barədə məsələni müzakirə edəcəklər”.
Stoltenberqin sözlərinə görə, Rusiya öz nüvə arsenalını modernləşdirir və yeni raketlərini Şimaldan tutmuş Liviya və Suriyaya qədər yerləşdirir: “ Biz həmçinin Rusiyanın Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində hərbi iştirakının gücləndiyini görürük”-deyə NATO baş katibi vurğulayıb.
Əlaqəli xəbərlər
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
-
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – qiymətlərdəki artımın detalları
-
Giləzi-Quşçuluq" MMC-nin rəhbərliyi həbs edilib - RƏSMİ AÇIQLAMA
-
Torpaq sənədi olan, çıxarış ala bilməyənlərə şad xəbər – Qanun dəyişir
Növbəti xəbər yüklənir...