NATO Baş katibi Yens Stoltenberqin Rusiya və Çindən gələn ciddi təhdidlərlə bağlı bəyanatı Alyansın dünya müharibəsi başlamaq istəyindən xəbər verir.
Azpost.info xəbər verir ki, bu barədə “Global Times” yazır.
Nəşrin yazdığına görə, Alyansın rəhbəri Ukrayna böhranını artıq Avropa ilə məhdudlaşdırmır, buna qlobal geosiyasi münaqişə kimi baxır.
“Bu, ictimai rəyin Ukraynadakı münaqişənin dünya müharibəsinə çevrilməsinə açıq hazırlığıdır. NATO Asiyaya genişlənməyə başlayan kimi bu, təkcə qlobal geosiyasi gərginliyi gücləndirməyəcək. Bu həm də silahlanma yarışı və regional münaqişələrin kəskinləşməsi ilə nəticələnəcək”, – məqalədə deyilir.
Azpost.info