“Navalnının meyitini ailəsinə təhvil verin!”- 500 yaxın din xadimi Putinə müraciət etdi

Din xadimləri və pravoslav xristianlar Rusiya hakimiyyətindən həbsxanada ölən müxalif siyasətçi Aleksey Navalnının cəsədini ailəsinə verməyi xahiş ediblər.

Azpost.info xəbər verir ki, müraciəti 500 yaxın din xadimi imzalayıb.

“Biz sizi Aleksey Navalnının cəsədini ailəsinə verməyə çağırırıq ki, anası, digər ailə üzvləri və həmfikirləri onunla vidalaşa və xristian dəfnini verə bilsinlər. Bu, təkcə onların istəyi və qanuni haqqı deyil, həm də Allah və mərhum qarşısında borcudur . Navalnı təkcə müxalif siyasətçi deyil, həm də dindar, pravoslav xristian idi. Sizi onun xatirəsinə hörmət etməyə çağırırıq. Anasına, həyat yoldaşına, övladlarına və sevdiklərinə mərhəmət və şəfqət göstərin”, – müraciətdə deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.