Naxçıvana saxta pul gətirən şəxslər tutulub, 10 min saxta dollar götürülüb- FOTO

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Naxçıvan Muxtar Respublikası DİN-nin mərbuat xidmətindən  verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə zərərsizləşdirilib.

Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 (on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib. Dəstənin digər üzvlərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir(apa).

Əvvəlki məqalə

Ağdamda Avtomatika və telemexanika istehsalı zavodu işə salınacaq

Sonrakı məqalə

Milli Məclisdə 27 məsələ müzakirə olunur