Naxçıvanda avtobus sürücüləri etiraz aksiyası keçirib:"Maaş kartlarımızı əlimizdən alıblar" / FOTO

Naxçıvanın ictimai nəqliyyat sürücüləri bu gün Ali Məclisin qarşısında etiraz aksiyası keçiriblər. 

Azpost.info bildirir ki, jurnalist Heydər Oğuz bununla bağlı videogörüntüləri paylaşıb.

Narazı sürücülər Vasif Talıbov dövründə avtobus sürücülərinə tətbiq olunan qaydalardan narazılıq ediblər.

“Həm üzərimizə çox ağır plan qoyulub, həm də avtobuslara baxım, təmir xərclərini özümüz qarşılayırıq”-deyə sürücülərədn biri bildirib.

Digər sürücü isə deyib ki, altı ildir maaş kartlarını əllərindən alıblar: “Kartı bizə vermirlər. Ehtiyat hissələri dükanlarına borclarımız var. Ayrılan hissələri bizə vermədilər”.

Sürücülər həmçinin deyiblər ki, onlara saxta əmək müqaviləsi imzaladıblar.Bu sənədin isə əslində heç bir hüquqi qüvvəsi yoxdur.

Əvvəlki məqalə

Azərbaycanda daha 62 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Böyük Qayıdış Proqramının icrasına nəzarət Portalı yaradılacaq