Naxçıvanda toy karvanı qəzaya uğrayıb, bəy yaralanıb –Ölənlər var /FOTO

Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, toyu olacaq bəy xəsarət alıb.

Qəza zamanı 75-AF-793 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil ilə 74-BC-207 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində vəfat edib. Avtomobildə olan sərnişin Əsgərli Təbriz Yadulla oğlu aldığı ağır xəsarət alıb.

Digər avtomobilin sürücüsü, toyu olacaq şəxs Rəsulov Fərid Emin oğlu və avtomobildə olan sərnişinlər Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıblar

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.