Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.
Bu barədə müvafiq sərəncam imzalanıb. Nicat Babayev həmin qurumda nazir müavini vəzifəsinə təyin edilib.
Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan Muxtar Respublikasına səfər edib.