Nazir:Müharibədə Ukraynanın nəqliyyat infrastrukturuna 10 milyard dollar dəyərində ziyan dəyib

 

Müharibə nəticəsində Ukraynanın nəqliyyat infrastrukturuna dəyən ziyan 10 milyard dollardan çoxdur.

Rada telekanalının efirində Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Nazir deyib ki, keçən həftənin sonunda yalnız nəqliyyat infrastrukturuna aid olan itkiləri hesablayıblar:

“Söhbət yollardan, körpülərdən, dəmir yollarından və hava limanlarımızın atəşə tutulması zamanı zədələnmiş texnikadan gedir. Ötən həftənin sonunda bu rəqəm 10 milyard dolları ötüb”.

Kübrakovun sözlərinə görə, obyektlərin əksəriyyəti bir ilə, ən mürəkkəb və böyük komplekslər isə maksimum iki ilə qədər bərpa olunacaq:

“Əlbəttə, bu faciə bizim deyil, bu müharibə bizim deyil – Ukrayna bütün sivil dünyanın maraqlarını müdafiə edir. Biz də bu ölkəni yalnız öz gücümüzlə bərpa etməyəcəyik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir