Nazir:"Pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkməsi istisna deyil"

“Pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkməsi istisna deyil”.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır: “Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir”.

Nazir həmçinin əlavə edib ki, sahibkarların qaydalara riayət etməsi vacibdir: “Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq”.

  1. Cabbarov birgə səylər nəticəsində biznesin tədricən iqtisadi itkiləri bərpa edəcəyinə əmin olduğunu bildirib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İyulun 3-də güzəştli mənzillərin növbəti seçimi keçiriləcək

Sonrakı məqalə

DSMF-nin İdarə Heyətinin sədr və üzvlərini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edəcək