Nazir Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

İyulun 4-də gənclər və idman naziri Fərid Qayıbov iyun ayında qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda, lll Avropa Oyunlarında ölkəmizi uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyi xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra iyunda beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Nazir Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Boks, üzgüçülük, akrobatika gimnastikası, bədii gimnastika, aerobika gimnastikası, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, cüdo, atletika, pauerliftinq, stolüstü tennis, basketbol, həndbol, voleybol, karate, aşihara karate, kyokuşin karate, muaytay, kikboksinq, taekvondo idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimlərini təbrik edib

Sonrakı məqalə

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 38 nəfər yaralanıb