Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il noyabr ayının 24-də Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 23.11.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Əvvəlki məqalə

Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb? –

Sonrakı məqalə

“Dəhlizin təhlükəsizliyi ilə bağlı narahatlıq yoxdur”